21/10/2018 08:46
728 x 90

Ən güclü atletlərin yarışında polislər... - FOTO

img

Sentyabrın 22-dən 24-dək pauerliftinq üzrə ölkə kuboku yarışı keçirilib. Respublikamızın ən güclü atletlərinin qələbə uğrunda mübarizəsində polis idmançılar da yüksək nəticələr əldə edib.

İsmayıllı RPŞ-nin əməkdaşı, altıqat dünya çempionu Kamil Qafarov çəkisi 90 kiloqramadək olan idmançılar arasında “bench press” (ştanqı sinədən qaldırma) hərəkətində 215 kiloqram nəticə ilə bütün rəqiblərini geridə qoyaraq turnirin baş mükafatına sahib olub.

Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşı, dəfələrlə dünya və Avropa çempionatlarının iştirakçısı və qalibi Razim Hüseynov isə ən ağır çəkili pəhləvanların sırasında “bench press” (ştanqı sinədən qaldırma) hərəkətini yerinə yetirərkən 240 kiloqram nəticə ilə medal kolleksiyasına daha bir qızıl medal əlavə edib.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Mühafizə Şöbəsinin əməkdaşı Roman Əhmədov çəkisi 80 kiloqramadək olan idmançılar arasında “deadlift” (ştanqı qurşağadək dartma) hərəkətində 212,5 kiloqram nəticə ilə fəxri kürsünün ikinci pilləsində yer alıb.

Xəyalə MƏMMƏDOVA
DİN Mətbuat Xidmətinin əməkdaşı

Son xəbərlər