23/09/2018 03:28
728 x 90

Azərbaycanlı güləşçi III Dünya Köçəri Oyunlarında qızıl medal qazandı - FOTO

img

Qırğızıstanda təşkil edilən III Dünya Köçəri Oyunları çərçivəsində Azərbaycanın milli güləş növü üzrə yarışlar keçirilib. SİA-nın məlumatına görə, bu yarışlarda idmançılar meydana Azərbaycanın cəngi rəqsinin sədaları altında dəvət olunublar.

Bu gün yarışda mütləq çəki dərəcəsində çıxış edən azərbaycanlı güləşçi Roman Bəkirov ilk görüşündə özbəkistanlı rəqibinə qalib gəlib. O, növbəti mərhələdə qazaxıstanlı güləşçi ilə görüşüb. İdmançımız bu rəqibindən də üstün olub və yarımfinala çıxıb. R.Bəkirov yarımfinalda iranlı güləşçi ilə qarşılaşmada məğlub olub. O, bürünc medal uğrunda Çin idmançısı ilə üz-üzə gəlib. İlk xalı R.Bəkirov qazansa da, sonda daha ağır çəkisi olan rəqib qalib gəlib.

60 kq çəki dərəcəsində çıxış edən dünya çempionumuz Cəlal Süleymanov isə ilk görüşündə özbəkistanlı idmançı ilə qarşılaşıb. O, Nurməhəmməd Abdullayevi məğlub edərək yarımfinala çıxıb. İdmançımız yarımfinalda qazaxıstanlı güləşçi ilə üz-üzə gəlib. C.Süleymanov rəqibindən üstün olaraq finala vəsiqə qazanıb. Finalda yerli güləşçi üzərində tam üstünlüklə qalib gələn idmançımız III Dünya Köçəri Oyunlarının qızıl medalını qazanıb.

Qeyd edək ki, bu, Azərbaycanın III Dünya Köçəri Oyunlarında ilk qızıl medalıdır. İdmançılarımızı idiyədək 14 medal qazanıblar. Bunlardan 1-i qızıl, 5-i gümüş, 8-i isə bürünc əyarlıdır.

Onu da nəzərinizə çatdıraq ki, yarışları III Dünya Köçəri Oyunlarına Azərbaycandan qonaq kimi dəvət olunan Milli Məclisin deputatı Hikmət Babaoğlu, “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də izləyib.

Son xəbərlər