18/12/2018 00:11
728 x 90

DİN-nin İdman Cəmiyyətində sambo üzrə çempionat keçirildi

img

Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində sambo üzrə çempionat keçirilib.

Açılış mərasimində çıxış edən DİN İdman Cəmiyyətinin sədri, Olimpiya, dünya və Avropa çempionu, polis polkovniki Zemfira Meftaxetdinova bildirib ki, Azərbaycan Respublikası bu gün öz tarixinin çox şərəfli, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi uzun illər ərzində bütün idman ictimaiyyətimizi ruhlandırdı, hamını problemlərin aradan qaldırılmasına, qarşıda duran mühüm vəzifələrin yerinə yetirilməsinə və beləliklə də, respublikamızın dünyanın idman mərkəzlərindən birinə çevrilməsi işinə səfərbər etmiş oldu. Görülmüş gərgin və məqsədyönlü işlərin nəticəsi bu gün göz önündədir. Ulu öndərimizin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir. Möhtərəm dövlət başçımızın diqqəti biz idmançıları yeni qələbələrə səsləyir.

Cəmiyyətin sədr müavini, polis polkovniki Elçin Rüstəmov diqqətə çatdırıb ki, təmsilçilərimiz qatıldıqları qatıldıqları mötəbər yarışlarda daim yüksək nəticələr qazanıblar və sevindirici haldır ki, onlar əldə etdikləri uğurları Azərbaycan Polisinin 100 illiyi ərəfəsində keçirilən yarışlarda da təkrar ediblər.

Bu yarışda ərazi polis orqanları, nizami hissə və tədris müəssisələrini təmsil edən ümumilikdə 10 komandadan 80 idmançı qələbə uğrunda mübarizə aparıblar.

Gərgin keçən yarışlarda iştirakçılar arasında qaliblər müəyyənləşib. Komanda birinciliyində ilk üçlükdə DİN Daxili Qoşunlarının Baş İdarəsi, Əlahiddə Çevik Polis Alayın və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları qərarlaşıblar.

Müvafiq olaraq öz çəki dərəcələrində güclərini sınayan Kamal Məmmədli (62 kiloqram, DQ), Elvin Dövlətov (68 kiloqram, DQ),  Hüseyn Heydərov (74 kiloqram, DQ), Azər Fətullayev (82 kiloqram, ƏÇPA), Bəxtiyar Abbasov (90 kiloqram, BBPİ), Vüqar İsmayılov (100 kiloqram, DQ) və Seymur Rzayev (+100 kiloqram, DQ)  yarışın baş mükafatını qazanaraq çempion olublar.

Yarışların idarə olunmasında polis polkovnik-leytenantları Elnur Həsənov və Seymur Qurbanbəyov iştirak ediblər.

Mükafatlandırma mərasimində çıxış edən İdmanın təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Mülayim Xıdırov əməkdaşların hazırlıq səviyyəsinin yüksək olmasını, polis idmançılarımızın ildən-ilə təcrübələrinin artdığını diqqətə çatdırıb.

Sonda qaliblərə medallar, diplomlar və qiymətli hədiyyələr təqdim olunub.

Zeyni Hüseynov,
DİN Mətbuat Xidmətinin əməkdaşı

Son xəbərlər