22/10/2018 21:17
728 x 90

Vətənə bürünc medalla qayıtdı... - FOTO

img

Bu yaxınlarda ABŞ-ın Orlando şəhərində Çin döyüş Sənətləri üzrə Dünya çempionatı keçirilib.

Milli komandanın tərkibində mübarizə aparan DİN Daxili Qoşunlarının baş leytenantı İlqar Nəcəfli yüksək fiziki və texniki hazırlıq nümayiş etdirib. Sanda versiyası üzrə Dominikan Respublikası, İtaliya və ABŞ-dan olan idmançılarla qarşılaşan təmsilçimiz dünya çempionatının bürünc medalına sahib olub.

Qeyd edək ki, İ.Nəcəfli mötəbər yarışlarda ölkəmizi layiqincə təmsil edir. O, ikiqat dünya və Avropa çempionu, Avro-Asiya yarışının qalibi, Dünya kubokunun sahibidir.

Zeyni HÜSEYNOV
DİN Mətbuat Xidmətinin əməkdaşı

Son xəbərlər