12/11/2018 22:41
728 x 90

“Qala” klubunun taekvandoçuları Tovuzdan 9 medalla qayıtdılar - FOTO

img

30 iyun-1 iyul tarixlərində Tovuzda şəhid Zaur Axundovun xatirəsinə həsr edilən taekvando turniri keçirilib. İki gün davam edən idman tədbirində Azərbaycandan olan uşaq və yeniyetmə taekvandoçularla yanaşı, Gürcüstan təmsilçiləri də iştirak ediblər.

Sözügedən yarışa “Qala” taekvando klubunun idmançıları da qatılıblar. Paytaxt klubları arasında öz peşəkarlığı ilə seçilən “Qala” taekvando klubu indiyə qədər bu sahəyə böyük töhfələr verib. Klubun rəhbəri, IV dan qara kəmər, birinci dərəcəli məşqçi Ramil Həsənov bizimlə söhbətində bildirdi ki, komanda yarışda fərqlənməyi bacarıb.

R.Həsənov və onun yetirməsi, Avropa çempionu Fatimə Əliyevanın məşqçisi olduğu komanda üzvlərindən Fatma İsmayılova 1-ci, Kənan Yusifov, Tamella Musayeva, Nurlana Nusalova 2-ci, Xanmurad Süleymanov, Əsgər Həsən, Gülnur Musazadə, Aydan Xəlilli, Aysu İsmayılova isə 3-cü yerləri tutublar. 

İradə SARIYEVA

Son xəbərlər