19/07/2018 03:55
728 x 90

Çevik polislər yüksək nəticələr qazanmaqda da çeviklik göstərdi... - FOTO

img

Ötən həftə Şotlandiyanın Qlazqo şəhərində usta cüdoçular arasında Avropa çempionatı keçirilib. Bu yarışda 35 ölkədən minə yaxın  idmançı qələbə uğrunda mübarizə aparıb. Ölkəmizin milli komandası qitə çempionatında 37 idmançı ilə təmsil olunub, 5 qızıl və 9 bürünc medal qazanıb. Milli komandamız iki yaş kateqoriyası üzrə keçirilən komanda yarışlarında bürünc medala layiq görülüb.

Mötəbər yarışda DİN İdman Cəmiyyətinin yetirməsi, Əlahiddə Çevik Polis Alayının taqım komandiri, polis kapitanı, idman ustası Hikmət Cəbiyev çəkisi 90 kiloqramadək olan idmançılar arasında final mərhələsinə qədər  irəliləməklə bürünc medala sahib olub.

H.Cəbiyev idmanın cüdo və cui-citsu növləri ilə məşğul olur. İki dəfə respublika çempionu adını qazanan Cəbiyev dəfələrlə beynəlxalq yarışlarda, ölkə çempionatlarında, polislər arasında keçirilən turnirlərdə fərqlənib, yüksək mükafatlar qazanıb.

ƏÇPA-nın daha bir əməkdaşı, polis baş serjantı Azər Fətullayev bu yarışın favoritləri sırasında olub. O, çəkisi 81 kiloqramadək olan idmançılar arasında qarşılaşdığı bütün görüşlərdə rəqiblərini məqlub edərək qızıl medal qazanıb, Avropa çempionu adına sahib olub.

A.Fətullayev cüdo üzrə dəfələrlə respublika çempionu, beynəlxalq yarışların qalibidir.

Zeyni HÜSEYNOV
DİN Mətbuat Xidmətinin əməkdaşı

Son xəbərlər