22/10/2018 21:15
728 x 90

2026-cı ildə futbol üzrə Dünya Çempionatına Kanada, ABŞ və Meksika birgə ev sahibliyi edəcək

img

2026-cı ildə futbol üzrə XXIII Dünya Çempionatına Kanada, ABŞ və Meksika birlikdə ev sahibliyi edəcəklər. Trend-in məlumatına görə, bu barədə qərar iyunun 13-də FIFA-nın Moskvada keçirilən 68-ci yığıncağında qəbul olunub.

Qeyd edək ki, XXIII dünya çempionatına ev sahibliyinə Kanada-ABŞ-Meksika üçlüyü ilə yanaşı, Mərakeş də mübarizə aparıb.

Səsvermə nəticəsində 134 nəfər Kanada-ABŞ-Meksika üçlüyünə, 65 nəfər isə Mərakeşə səs verib. Bir nəfər bitərəf qalıb.

2026-cı ildə təşkil olunacaq dünya çempionatında 48 komanda mübarizə aparacaq.

Son xəbərlər