25/09/2018 05:51
728 x 90

Daha bir yarış, daha bir qələbə... - FOTO

img

“Zirvə” idman klubunda Heydər Əliyevin 95 illik yubileyinə və Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş pauerliftinq üzrə beynəlxalq turnir keçirilib.

Yarışda, yerli idmançılarla yanaşı, xarici olkələrdən olan atletlər də baş mükafat uğrunda mübarizə aparıb. Millimizin heyətində gücünü sınayan daxili işlər orqanlarının idmançı əməkdaşları yüksək nəticələr əldə edib.

Belə ki, yarışda 6 qat dünya, 5 qat Avropa, eləcə də bir sıra beynəlxalq turnirlərin qalibi, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşı, polis baş serjantı Kamil Qafarov çəkisi 90 kiloqramadək olan idmançılar arasında bench press (ştanqı sinədən qaldırma) hərəkətində 215 kiloqram çəkinin öhdəsindən gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıb.

Mahir MƏSİMOV
DİN Mətbuat Xidmətinin əməkdaşı 

Son xəbərlər