24/09/2018 04:31
728 x 90

Polis yenə idman çoxnövlüyü yarışlarında qaliblər sırasında... - FOTO

img

Sahil Əhmədov və Sənan Mədətov Quba Rayon Polis Şöbəsinin Post Patrul Xidmətində polis nəfəri kimi xidmət edir. Nümunəvi xidmətləri ilə yanaşı, fiziki hazırlıq səviyyəsinə görə də fərqlənirlər. Dəfələrlə ölkə və zona yarışlarında iştirak edib, yüksək nəticələr göstərib, müxtəlif mükafatlar qazanıblar.

Bu yaxınlarda ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr edilmiş polis çoxnövlüyü yarışlarında iştirak edən idmançılarımız turnirdən medalla qayıdıb. Polis serjantı Sahil Əhmədov keçirilən yarışda 100 metr məsafəyə qaçış üzrə 2-ci yerə layiq görülüb. Həmkarı, polis serjantı Sənan Mədətov isə eyni məsafəyə qaçış üzrə 3-cü yerin sahibi olub.

Polis serjantları bundan əvvəl keçirilən yarışlarda da aktiv iştirak edib. Belə ki, DİN rəhbərliyi tərəfindən hər il keçirilən çoxnövlüyü üzrə yarışlarda iştirak edən polis nəfərləri dəfələrlə fəxri kürsüdə yer tutaraq müxtəlif diplom və mükafatlara layiq görülüb.

Polislərimiz ölkə və DİN rəhbərliyinin idmana, gənclərimizin fiziki hazırlığına göstərilən diqqət və qayğıdan ruhlandıqlarını, yeni nailiyyətlər qazanmaqla, ölkəmizin idman şərəfinin layiqincə qorunması üçün bütün səy və bacarığını səfərbər edəcəklərini bildirib.

Nizam HƏMİDOV
DİN Mətbuat Xidmətinin əməkdaşı

Son xəbərlər