25/09/2018 07:54
728 x 90

AFFA "Qəbələ"yə 5 min manat cərimə kəsdi

img

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Trend-in məlumatına görə, iclasda aşağıdakı qərarlar qəbul olunub:

Mayın 28-də Azərbaycan Kubokunun final matçı olan “Keşlə” – “Qəbələ” oyununda “Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 88-ci dəqiqəsində “Qəbələ” klubunun 18 №-li futbolçusu İlqar Qurbanov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimə edilib.

Oyunun 55-ci dəqiqəsində və 90+3-cü dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub müvafiq olaraq 800 manat və 1600 manat cərimə olunub.

Son xəbərlər