25/09/2018 07:54
728 x 90

Məşhur İtaliya klubunun keçmiş oyunçularının “Kamorra” mafiyası ilə əlaqəsi deşifrə edildi

img

İtaliyanın “Napoli” futbol klubunun keçmiş oyunçuları “Kamorra” mafiyası ilə əlaqələrdə şübhəli bilinib.

Trend-in məlumatına görə, prokurorluq ispaniyalı qapıçı, dünya və Avropa çempionu Pepe Reyna, eləcə də Paolo Kannavaro ilə Salvatore Aronikanın “Kamorra” üzvləri ilə bir neçə dəfə görüşdüyünü müəyyən edib.

Qeyd olunur ki, futbolçular həmin şəxslərə matç biletləri də təklif edib.

“Kamorra” Neapolda fəaliyyət göstərən İtaliyanın ən iri mafiya təşkilatlarından biridir.

Son xəbərlər