18/11/2018 23:23
728 x 90

“Qala” taekvando klubunun 8 idmançısı Cumhuriyyətin 100 illiyinə həsr edilmiş Masallı açıq birinciliyində medal qazanıb - FOTO

Ramil Həsənov: “İdmançılarımız açıq birincilikdə fərqlənməyi bacardılar”

img

“Qala” taekvando klubunun komandası Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş uşaq və yeniyetmələr arasında taekvando idman növü üzrə Masallı rayonunda keçirilən açıq birincilikdə iştirak edib. Klub rəhbəri, 4-cü dan qara kəmər, birinci dərəcəli məşqçi Ramil Həsənov bizimlə söhbətində yarışın olduqca gərgin keçdiyini bildirdi. Onun sözlərinə görə, “Qala” komandası həmişə olduğu kimi, bu dəfə də fərqlənməyi bacarıb.

“Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi ölkəmizin hər yerində qeyd edilməyə başlayıb. Müsəlman Şərqində ilk demokratik respublika olan Cumhuriyyətin 100 illik yubileyinin qeyd edilməsi təntənəsinə idmançılar da müxtəlif sahələrdə töhfələr verirlər. Masallı rayonunda keçirilən açıq birincilik də o tədbirlərdən biridir. Masallı açıq birinciliyində komandamızın 8 idmançısı yer tutdu və onlar Masallı Rayon Gənclər və İdman İdarəsinin medal və diplomları ilə təltif edildilər. Yarış çox gərgin mübarizə şəraitində keçdi və idmançılarımız açıq birincilikdə fərqlənməyi bacardılar” - deyə bildirən R.Həsənov yetirmələrinin göstərdiyi nəticədən narazı qalmadığını bildirdi.

Qeyd edək ki, Masallı açıq birinciliyində Əsgər Həsən, Mircəfər Cabbarov, Elmir İsmayılov I, Mirnadir Cabbarov, Leyla Əliyeva, Fatimə İsmayılova II, Tamilla Musayeva və İsa Müvahid III yerə layiq görülüblər.

Xatırladaq ki, idmançıların məşqçiləri “Qala” taekvando klubunun rəhbəri, 4-cü dan qara kəmər, birinci dərəcəli məşqçi Ramil Həsənov və Avropa çempionu Fatma Əliyevadır.

İradə SARIYEVA

Son xəbərlər