24/09/2018 04:29
728 x 90

Qaliblər sırasında Siyəzən polisləri... - FOTO

img

Cəvani Allahyarov və Bəxtiyar Nadirov Siyəzən Rayon Polis Şöbəsində xidmət edir. Nümunəvi xidmətləri ilə yanaşı, fiziki hazırlıq səviyyəsinə görə də fərqlənirlər. Dəfələrlə ölkə və zona yarışlarında iştirak edib, yüksək nəticələr göstərib, müxtəlif mükafatlar qazanıblar.

Bu yaxınlarda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş polis çoxnövçülüyü yarışlarında iştirak edən idmançılarımız turnirdən medalla qayıdıblar. Polis serjantı Cəvani Allahyarov keçirilən yarışda gimnastika hərəkətləri üzrə 1-ci yer, polis serjantı Bəxtiyar Nadirov isə 100 metr məsafəyə qaçış üzrə 2-yerə layiq görülüb.

Nizam HƏMİDOV
DİN Mətbuat Xidmətinin əməkdaşı

Son xəbərlər