28/05/2018 04:54
728 x 90

DİN idmançıları dünyanın ən sərrast atıcıları ilə yarışdılar

img

May ayının 7-dən 13-dək Qəbələ rayonunda Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş stend atıcılığı üzrə Beynəlxalq Qran-Pri yarışları keçirilib. “Qəbələ” Atıcılıq Klubunun stend və ox atıcılığı kompleksində keçirilən yarışda qadınlar, kişilər və gənclər olmaqla 8 ölkədən 100–ə yaxın idmançı iştirak edib. Yarış iştirakçıları arasında dünyanın tanınmış atıcıları, dünya və Avropa çempionları, Olimpiya oyunlarının qalibləri qələbə uğrunda mübarizə aparıb.

Bu yarışda DİN İdman Cəmiyyətinin yetirmələri də öz sərrastlıqlarını nümayiş etdirib. Səbail RPİ PPX-nin əməkdaşı, polis serjantı Regina Meftahətdinova dairəvi stend atıcılığı üzrə  49 xalla ikinci yerin sahibi olub.

Səngər stendində kişilər arasında təmsilçimiz Tamerlan Məmmədov, qadınlar arasında isə Aydan Camalova gümüş medal qazanıb.

Zeyni HÜSEYNOV

DİN Mətbuat Xidmətinin əməkdaşı

 

 

Son xəbərlər