16/08/2018 13:52
728 x 90

DİN-in iki idmançısı Naxçıvanda kubok qazandı

img

Mayın 12-də Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən kikboksinq üzrə beynəlxalq peşəkar turnir keçirilib. Olimpiya-İdman Kompleksində keçirilən turnirdə, Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Belarus, Ukrayna, Gürcüstan idmançıları da rinqə çıxıb.

Yarış DİN İdman Cəmiyyətinin yetirmələri, Daxili Qoşunların İdman Komandasının əsgərləri Anar Məmmədov və Zöhrab Əzimov üçün də uğurlu olub. Çəkisi 55 kiloqramadək olan idmançılar arasında A.Məmmədov, 65 kiloqramadək olan idmançılar arasında isə Z.Əzimov bütün rəqiblərini məğlub edərək Heydər Əliyev kubokunun sahibi olub.

Qeyd edək ki, hər iki təmsilçimiz dünya və Avropa çempionudur.

Komandamızı bu yarışa hazırlayan, ölkəmizin yeniyetmə və gənclərdən ibarət yığmasının baş məşqçisi Hikmət Hacıyev deyir ki, müstəqil ölkəmizdə idmanın inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün həyata keçirilən dövlət idman siyasəti nəticəsində Azərbaycanda güclü idman potensialı formalaşıb. Bu nəticələr həm də ölkəmizdə gənclərə göstərilən diqqət və qayğının Daxili İşlər orqanlarında daha səmərəli təşkilinin, idmana, idmançı əməkdaşlara göstərilən diqqət və qayğının əyani təzahürüdür.

Zeyni HÜSEYNOV

DİN Mətbuat Xidmətinin əməkdaşı

 

Son xəbərlər