Warning: opendir(/home/sites/bakixeber/cache/): failed to open dir: No such file or directory in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Baki Xeber - News
12/12/2018 19:11
728 x 90

Formula 1-lə əlaqədar hazırlıq işləri nə vaxt bitəcək…

img

Formula 1 yarışı ilə əlaqədar aparılan hazırlıq işləri son yarış həftəsinə qədər davam edəcək. Trend-in məlumatına görə, bunu Bakı Şəhər Həlqəsi Əməliyyat Komitəsinin (BŞHƏK) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

Onun sözlərinə görə, bütün hazırlıq işləri qrafikə uyğun olaraq, mərhələli şəkildə aparılır: "Artıq tribunalar hazırdır. İndi bulvar ərazisində əyləncə qurğuları quraşdırılır. Son işlərimiz məhz yarış həftəsi zamanı - yollar bağlandıqdan sonra görüləcək".

N.Arpadarai əlavə edib ki, yarış üçün biletlərin satışı çox yaxşı gedir: "Tribunalara demək olar ki, biletlər qalmayıb".

N.Arpadarai builki yarış zamanı əyləncə proqramının çox zəngin olacağını da söyləyib. Əyləncə proqramında 6 dünya ulduzu iştirak edəcək.

Son xəbərlər