27/04/2018 03:11
728 x 90

Polis-idmançımız 10 dövlətdən 300 idmançının qatıldığı yarışda önə çıxdı - FOTO

img

Aprelin 5-də Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş universal döyüş üzrə ənənəvi beynəlxalq turnirinə start verilib. Üç gün davam edən yarışda müxtəlif çəki dərəcələrində 10 dövlətdən 300-dək idmançı iştirak edib.

Yarışın ikinci günü bir sıra çəki dərəcələrində qaliblər müəyyənləşib. Bakı Şəhər BPİ-nin DYPİ-nin YPXA-nın polis nəfəri Nicat Əliyev yüksək nəticələr əldə edib. O, 75 kiloqram çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb. Bununla da təmsilçimiz ulu öndərin xartirəsinə həsr olunmuş beynəlxalq turnirlərdəki qələbə sayını 6-ya çatdırıb.

İdmançımız kiçik yaşlarından idmanın sambo və universal döyüş növləri ilə məşğul olub. Dəfələrlə sambo üzrə respublika birincisi olub, beynəlxalq turnirlərdə qalib gəlib. Universal döyüş üzrə keçirilən ölkə birinciliklərində 12 dəfə çempion olub. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirlərdə 6 dəfə baş mükafata sahib olub. Kişilər arasında üçqat dünya və beşqat Avropa çempionu olub. Dunya Oyunlarında baş mükafata sahib olub. Peşəkar rinqdə Asiya kəməri uğrunda qarşılaşmalardan qələbə ilə ayrılıb və kəməri qazanıb. Yüksək nailiyyətlərə görə ona “əməkdar idman ustası” fəxri adı verilib. 25 yaşlı N.Əliyev bu fəxri ada layiq görülən ən gənc idmançılardan hesab olunur.

Zeyni Hüseynov,
DİN Mətbuat Xidmətinin əməkdaşı

Son xəbərlər