12/12/2018 19:11
728 x 90

27 yaşlı idmançı PPX komandiri... - FOTO

img

Ramik Nəzərov  Qusar Rayon Polis Şöbəsində  Post Patrul Xidmətinin komandiri vəzifəsində xidmət edir. 2015-ci ildən DİO-da xidmət edən 27 yaşlı idmançımız taekvondo ilə məşğuldur. Uşaq yaşlarından idmana böyük həvəsi olub, ilk uğurlarını da məktəb illərində qazanıb. Regionlararası yarışlarda gücünü sınayan  Ramik 2003-cü ildə yeniyetmələr arası spartakiadanın qalibi olub.

 Ali təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında alan idmançımız tələbəlik illərində Beynəlxalq turnirlərdə iştirak edib, qələbələrinin sayını artırıb. Məhz 2011-ci ildə keçirilən turnirdə bütün rəqiblərini məğlub edərək İsveç kubokunun sahibi olub. 2012-ci ildə keçirilən Azərbaycan çempionatının qalibidir. Dəfələrlə Avropa, respublika və DİN birinciliklərində iştirak edib, müxtəlif mükafatlar qazanıb. 

II dan qara kəmər sahibi Ramik Nəzərov idman ustasıdır. Daxili işlər orqanlarında xidmət edən idmançı əməkdaşlardan biri kimi o da ölkə və DİN rəhbərliyinin idmana, gənclərimizin fiziki hazırlığına göstərilən diqqət və qayğıdan ruhlandığını, yeni nailiyyətlər qazanacağını, ölkəmizin idman şərəfinin layiqincə qorunması üçün bütün səy və bacarığını səfərbər edəcəyini bildirib.

Nizam HƏMİDOV
DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru
polis leytenantı

Son xəbərlər