23/09/2018 20:56
728 x 90

Fəxri adlar alanlar sırasında polis idmançılar da oldu - FOTO

img

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Milli Olimpiya Komitəsində 5 mart Bədən Tərbiyəsi və İdman Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi ölkəmizin idman tarixində əlamətdar hadisə kimi dəyərləndirilib. Müstəqil Azərbaycanda uğurlu idman strategiyasının təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğu diqqətə çatdırılıb. Bildirilib ki, hazırda bu strategiya dövlət rəhbərimiz tərəfindən uğurla davam etdirilir. Bu səbəbdən də, Azərbaycanda idmanın inkişafına göstərilən diqqət və qayğı gələcəkdə bu sahədə yeni qələbələrə zəmin yaradır.

Daha sonra ölkə idmanının inkişafında əldə etdikləri yüksək nəticələrə görə bəzi idman mütəxəssislərinə fəxri adlar verilib. Bu sırada DİN İdman Cəmiyyətinin Fiziki hazırlıq şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elnur Həsənova “Əməkdar məşqçi”, İdmanın təşkili bölməsinin əməkdaşı, polis baş serjantı Hikmət Hacıyevə isə “Bədən tərbiyəsi və idman işçisi” fəxri adları verilib.

Qeyd edək ki, E.Həsənovun yetirmələri ölkəmizin karate üzrə milli komandasının heyətində dünya və Avropa çempionatlarında uğurla çıxış edib, dəfələrlə yüksək nəticələr qazanıblar.

H.Hacıyevin yetirmələri ardıcıl olaraq 11 dəfə kiqboksinq üzrə ölkə çempionatının kubokuna sahib olub,  dünya və Avropa çempionatlarında, peşəkar turnirlərdə dəfələrlə yüksək mükafatlara sahib olublar.

İlham BABAYEV
DİN Mətbuat Xidmətinin şöbə rəisi

Son xəbərlər