28/05/2018 05:14
728 x 90

Daha böyük qələbələrin astanasında – söhbət polis idmançılardan gedir

img

Bu yaxınlarda Hövsan Olimpiya Kompleksində yeniyetmə və gənclər arasında Bakı birinciliyi keçirilib.

Ölkəmizdə bu idman növünün populyarlığını nəzərə alsaq, yarışın nə qədər gərgin və maraqlı keçdiyini daha aydın təsəvvür etmiş olarıq.

Paytaxtın bütün idman klub və cəmiyyətlərinin təmsilçilərinin qatıldığı bu yarışda DİN İdman Cəmiyyətinin yetirmələri də qələbə uğrunda mübarizə aparıb.

İdman Cəmiyyətinin İdman təlimi şöbəsinin rəisi, polis polkovnik-leytenantı İlyas Siracovun yetirməsi Şahin Muxtarov keçirdiyi bütün görüşləri qələbə ilə başa vurub. Çəkisi 57 kiloqramadək olan idmançılar arasında yarışan Ş.Muxtarov hazırda daha mötəbər yarışlara hazırlaşır.

Zeyni HÜSEYNOV
DİN Mətbuat Xidmətinin əməkdaşı

Son xəbərlər