19/11/2018 16:12
728 x 90

DİN yetirməsi olan karateçimizdən möhtəşəm qələbə... - FOTO

img

Fevralın 2-dən 4-dək Rusiyanın Soçi şəhərində Karate üzrə Avropa çempionatı keçirilib. Milli komandamızın da qatıldığı yarışda 44 ölkədən minə yaxın  idmançı tatami üzərində öz qüvvəsini sınayıb. Ölkəmiz qitə çempionatında ön pillədə yer alıb.

Milli komandanın tərkibində DİN İdman Cəmiyyətinin yetirməsi Hüseyn Alıyev də qələbə uğrunda mübarizə aparıb. Çəkisi 67 kiloqramadək olan idmançıların yarışında ölkəmizi təmsil edən H.Alıyev finala gedən yolda Niderland, Şotland, Kosovo, Bosniya və Herseqovina idmançılarına qalib gəlib. Həlledici görüşdə Macarıstan karateçisi ilə qarşılaşan idmançımız qitə çempionu olub.

H.Alıyevi yarışa hazırlayan DİN İdman Cəmiyyətinin Fiziki hazırlıq şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elnur Həsənov yetirməsinin bu uğurunu şərh edərkən bildirib ki, karateçimiz daha mötəbər yarışlara hazırdır və onun potensialı daha böyük gözləntilərə ümid verir. Məşqçi, həmçinin, yetirməsinin bu ilin yayında Argentinanın paytaxtı Buenos Ayresdə Yeniyetmələrin Olimpiadasında iştirak edəcəyini qeyd edib.

Zeyni HÜSEYNOV
DİN Mətbuat Xidmətinin əməkdaşı

Son xəbərlər