19/11/2018 16:14
728 x 90

Ölkənin ən güclü boksçuları ilə bir sırada...

img

Bu yaxınlarda boks üzrə Azərbaycan çempionatı keçirilib. Boks Mərkəzində baş tutan çempionatda respublikanın bütün şəhər və rayonlarının klublarını, idman cəmiyyətlərini təmsil edən 39 komandanın 203 kişi boksçusu qatılıb.

Yarışda DİN İdman Cəmiyyətinin yetirmələri də öz gücünü sınayıb. Onlardan çəkisi 56 kiloqramadək olan idmançılar arasında Ümid Rüstəmov finaladək irəliləyərək gümüş medala sahiblənib, Cəmiyyətin digər yetirmələri Qoşqar Səfərli, Gülhüseyn Ağazadə və Elşən Hüseynov yarımfinala qədər irəliləyərək bürünc medal əldə ediblər. Onlar müvafiq olaraq 52, 91, +91 kiloqram çəki dərəcəsində öz qüvvələrini sınayıblar.

Qeyd edək ki, komandamızı bu yarışa İdman Cəmiyyətinin müəllimi, əməkdar məşqçi  Yadigar Məmmədov hazırlayıb.

Zeyni HÜSEYNOV
DİN Mətbuat Xidmətinin əməkdaşı

Son xəbərlər