10/12/2018 00:23
728 x 90

7 yaşlı Əsgər Həsən taekvando yarışında birinci oldu - FOTO

“Qala” taekvando klubunun növbəti uğuru…

img

Komandanın 28 üzvü “Zəfər” taekvando klubunun təşkil etdiyi açıq birincilikdə yüksək nəticə göstərib
Ramil Həsənov: “Komandamızın əldə etdiyi nəticədən narazı deyiləm”

 

Yanvarın 28-də “Zəfər” taekvando klubunun təşkilatçılığı ilə taekvandoçuların açıq birinciliyi keçirildi. Qeyd edək ki, “Zəfər” taekvando klubuna Elmir Fərəcov rəhbərlik edir. Sözügedən açıq birincilikdə “Qala” taekvando klubunun komandası da mübarizə aparıb.

Klub rəhbəri, 4-cü dan qara kəmər, 1-ci dərəcəli məşqçi Ramil Həsənov bizimlə söhbətində bildirdi ki, “Qala” komandasının üzvləri bu yarışda aktiv iştirak edib və növbəti uğura imza atıblar: “Komandamızın qatıldığı açıq birincilik olduqca gərgin şəraitdə keçdi. Komanda üzvləri yarışda fərqləndi və 28 idmançımız yer tutdular. Mən burada idmançılarımız üzərində böyük əməyi olan, onları davamlı olaraq məşq etdirən, yarışa hazırlayan klubumuzun məşqçilərindən Fatma Əliyevanın və Xaliq Umidovun adlarını çəkmək istəyirəm. Onlar da mənim yetirmələrimdir. Mübarizə gərgin şəraitdə keçsə də, komanda üzvləri davamlı mübarizə apardılar. Komandamızın əldə etdiyi nəticədən narazı deyiləm”.

R.Həsənov qeyd etdi ki, komanda üzvlərindən Aydın Nəbiyev, Elmin Dəmirli, Əsgər Həsən, Aylin Həsənli, Leyla Əliyeva, Tamella Musayeva, İsfahlan Kənan, Elmir İsmayılov, Ayxan Qurbanlı, Fuad Bağırov 1-ci, Gülnur Musazadə, Məhəmməd Ağayev, Emil Hüseynli, Emil Qurbanlı, Qadir Həsənov 2-ci, Aygün Məmmədova, Ömər Sultanəliyev, Aysu İsmayılova, Nizami Ələkbərli, Sultan Ağayev, Rəvan Məmmədzadə, Vüqar Zeynallı, Vüsal Zeynallı, Toğrul Sədiyev, Sadiq Rüstəmov, Ayxan Misirov, Xanmurad Süleymanov, Kənan Yusifov 3-cü yeri qazanıblar.

İradə SARIYEVA

Son xəbərlər