20/09/2018 05:31
728 x 90

Futbol üzrə dünya çempionatının kuboku Bakıya gətirilir

img

"Coca-Cola" şirkəti FIFA dünya çempionatı kubokunu 4-cü dəfə dünya turuna götürür və futbol dünyasının ən ali mükafatını Azərbaycan azarkeşlərinə göstərmək üçün fevralın 9-da kuboku Bakıya gətirəcək. Bu barədə Trend AFFA-ya istinadən məlumat verir.

FIFA dünya çempionatı kubokunun Azərbaycana səfəri “Coca-Cola” şirkətinin bu ölkədə uzunmüddətli tərəfdaşı olan AFFA ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunur.

“Coca-Cola” tərəfindən təşkil olunan “FIFA Dünya Çempionatı Kubokunun Turu” milyonlarla azarkeşə dünyanın ən böyük idman hadisəsi olan futbol üzrə 2018-ci il dünya çempionatının bir hissəsi olmaq və bu andan zövq almaq imkan verir. Bu möhtəşəm beynəlxalq turu təşkil etməklə “Coca-Cola” və FIFA bütün futbolsevərləri Dünya Kubokunun qalibinə təqdim edilən mükafatın canlı şahidi olmağa dəvət edirlər. Bu hadisə futbolun ən möhtəşəm simvolunu görmək və bunun sevincini yaşamaq üçün minlərlə azarkeşlərin həyatında yeganə fürsət olacaq.

"FIFA Dünya Çempionatı Kubokunun Turu" 2017-ci ilin sentyabrında Rusiyada start götürüb. Bu turne altı qitədən 50-dən çox ölkəni əhatə edəcək və 9 ay ərzində 126 min km keçərək yolunu futbol üzrə 2018-ci il dünya çempionatında başa vuracaq.

FIFA Dünya Kuboku 9 fevral 2018-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportuna gətiriləcək. Sonra mükafat “Gənclik Mall” ticarət mərkəzinə gətiriləcək ki, burada şəhərin sakinləri və qonaqları dünya çempionatının əsas mükafatı ilə şəkil çəkdirə biləcəklər.

Son xəbərlər