22/10/2018 21:18
728 x 90

Ölkəmizi polis kapitanı Hikmət Cəbiyev təmsil edəcək - FOTO

img

Bu yaxınlarda Bakı İdman Sarayında keçirilən çüdo üzrə Azərbaycan çempionatında DİN-in Əlahiddə Çevik Polis Alayının taqım komandiri, polis kapinatı Hikmət Cəbiyev növbəti dəfə baş mükafata sahib olub. Usta cüdoçular arasında çəkisi 90 kiloqramadək olan bütün rəqiblərinə qalib gələrək daha böyük qələbələr qazanmaq iddiasında olduğunu təsdiq edib. Qeyd edək ki, H.Cəbiyevi bu yarışlara DİN İdman Cəmiyyətinin Cüdo Bölməsinin rəhbəri Zakir Kərimov hazırlayıb.

Polis kapitanı H.Cəbiyev cüdo ilə yanaşı cui-citsu ilə də məşğul olur. Dəfələrlə beynəlxalq yarışlarda, ölkə çempionatlarında, polislər arasında keçirilən turnirlərdə fərqlənib, yüksək mükafatlar qazanıb. Cui-citsu yarışlarına isə təmsilçimizi əməkdar məşqçi Rəsul Məmmədov hazırlayıb.

Bu yarışda H.Cəbiyev qələbə qazanmaqla yanaşı, bu il cüdo üzrə Meksikada keçiriləcək dünya, Şotlandiyada keçiriləcək Avropa çempionatına vəsiqə əldə edib.

H.Cəbiyev, həmçinin, cari ilin aprelində cui-citsu üzrə polislər arasında keçiriləcək Avropa çempionatına qatılacaq. İnanırıq ki, həmişə sevindirici xəbərlərlə qayıdan idmançımızbu yarışda da ona olan ümidləri doğruldacaq.

Zeyni HÜSEYNOV
DİN Mətbuat Xidmətinin əməkdaşı

Son xəbərlər