21/10/2018 08:38
728 x 90

Beynəlxalq turnirdən qələbə ilə qayıtdılar... - FOTO

img

Bu yaxınlarda Rusiyanın Saratov şəhərində gənclər və yeniyetmələr arasında  boks üzrə “B” kateqoriyalı beynəlxalq turnir baş tutub. Qeyd edək ki, 13-cü dəfə keçirilən turnirdə ölkəmizi 7 idmançı təmsil edib.

DİN İdman Cəmiyyətinin yetirmələrindən olan Zaur İmaməliyev (38.5 kq.) və Məhəmməd Bağırov (81 kq.) öz çəki dərəcələrində yarışdan qalib ayrılıb.

Digər təmsilçilərimiz Xalid Məmmədov (50 kq.) və Turab Səngərli (69 kq.) turnirin gümüş medalına sahiblənib.

Daha üç idmançımız – Şahin Məmmədov (50 kq.), Elşən Quliyev və Elmar Əhmədov (52 kq.) finala qədər irəliləyərək bürünc medal qazanıb.

Onu da qeyd edək ki, komandamızı bu yarışa İdman Cəmiyyətinin müəllimi, əməkdar məşqçi  Yadigar Məmmədov hazırlayıb.

Zeyni HÜSEYNOV
DİN Mətbuat Xidmətinin əməkdaşı

Son xəbərlər