22/11/2017 15:20
728 x 90

Bakı məktəblisi Avropa çempionatının qalibi oldu

img

Paytaxt məktəblisi Avropa çempionatında I yeri tutub.

Bu barədə “Trend”-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. BŞTİ-nin tabeliyindəki 189-190 nömrəli tam orta məktəbin X sinif şagirdi Fərid Ağayev Fransanın Paris şəhərində karatenin vado-kai növü üzrə 45-ci Avropa çempionatında təkbətək döyüşlərdə bütün rəqibləri üzərində qələbə qazanıb. Çempionatda 14-15 yaşlı idmançılar arasında 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Fərid Ağayev qızıl medala layiq görülüb.

Qeyd edək ki, çempionatda 20 ölkədən idmançılar iştirak edib.

Son xəbərlər