22/11/2017 15:22
728 x 90

Polis zabitləri olan məşqçilərin hazırladığı güləşçilərimiz növbəti dəfə uğur qazandılar…

img

Bu yaxınlarda Hövsan Olimpiya İdman Kompleksində keçirilən sərbəst və yunan-Roma güləşi üzrə start götürən Bakı çempionatı artıq başa çatıb. Paytaxtın bütün idman klub və cəmiyyətlərinin təmsil olunduğu bu yarışlarda DİN İdman Cəmiyyətinin komandaları da yüksək nəticələr göstərib. Yeri gəlmişkən o da qeyd olunmalıdır ki, təmsilçilərimiz bu yarışa əvəzedici heyətlə qatılıb.

DİN İdman Cəmiyyətinin İdman təlimi şöbəsinin rəisi, polis polkovnik-leytenantı, əməkdar məşqçi İlyas Siracovun bildirdiyinə görə, əvvəlcə döşəyə çıxan sərbəst güləşçilərin yarışında komandamızın üzvlərindən Vurğun Əliyev, Elçin Məmmədov və Cavid Sadıxov öz çəki dərəcələrində çempionatın qalibi olublar. Nurəddin Əliyev isə bürünc medal qazanıb. İdmançılarımızı bu yarışa polis polkovnik-leytenantları İlyas Siracov, İlham Mustafayev, kapitan Elşad Allahverdiyev hazırlayıb.

Daha sonra yunan-Roma üsulu ilə güləşən paytaxt pəhləvanlarının mübarizəsində isə İdman Cəmiyyətinin yetirmələrindən Murad Allahverdiyev, Orxan Məmmədli gümüş medal qazanıb. Digər təmsilçimiz Orxan Qəhtiranov isə bürünc medala sahib olub.

Pəhləvanlarımızı bu yarışa polis polkovnik-leytenantları, əməkdar məşqçilər Radik Hüseynov, Əli Əliyev və polis mayoru Vilayət Ağayev hazırlayıb.

Xəyalə MƏMMƏDOVA
DİN Mətbuat Xidmətinin əməkdaşı

Son xəbərlər