24/10/2017 06:13
728 x 90

Bakıda WBC versiyası üzrə çempionluq görüşü keçiriləcək - FOTO

img

2018-ci ildə Bakıda WBC versiyası üzrə çempionluq görüşü keçiriləcək. Trend-in məlumatına görə, bunu Dünya Boks Şurasının (WBC) prezidenti Maurisio Süleyman bu gün keçirilən mətbuat konfransında deyib.

M.Suleyman deyib: “Bakıya gəlişim hər zaman xatirimdə qalacaq. Bakıda gözləmədiyimiz qonaqpərvərlik gördük”.

O qeyd edib ki, Azərbaycan Dünya Boks Şurasının 55-ci Konvensiyasının Bakıda keçirilməsi üçün bütün lazım olan şəraiti yaradıb.

M.Suleyman vurğulayıb ki, Azərbaycanda idmanın inkişafına böyük diqqət yetirilir.

O bildirib ki, Azərbaycan boksçuları dünyada tanınır və uğurlu nəticələr əldə edirlər.

M.Suleyman həmçinin əlavə edib ki, Azərbaycanda Peşəkar Boks Federasiyasının yaradılması istiqamətində iş aparılır: “Biz Azərbaycana Peşəkar Boks Federasiyasının yaradılması ilə bağlı bütün lazım olan dəstəyi göstərməyə hazırıq”.

Son xəbərlər