20/09/2017 18:53
728 x 90

Azərbaycanın daha bir idmançı-polisi Vətənə medalla qayıtdı... - FOTO

img

Bu yaxınlarda Finlandiyanın Tempere şəhərində gənclər arasında güləş üzrə dünya birinciliyi keçirilib. Azərbaycan idmançıları bu yarışdan da vətənə medalla qayıdıblar.

Millimizin heyətində təmsil olunan DİN İdman Cəmiyyətinin yetirməsi Nəsir Həsənov çəkisi 74 kiloqramadək olan yunan-Roma üsulu ilə güləşən pəhləvanların sırasında mübarizə aparıb. Nəsir Polşa, Kanada, Almaniya və İsveçrədən olan rəqiblərinə qalib gəlib. Daha sonra ABŞ idmançısı ilə qarşılaşan güləşçimiz bürünc medal qazanıb.

N.Həsənovu bu yarışa Polis Akademiyasının fiziki hazırlıq kafedrasının müəllimi, polis polkovnik-leytenantı, əməkdar məşqçi və beynəlxalq dərəcəli hakim Hicran Şərifov hazırlayıb.

Xəyalə Məmmədova
polis leytenantı

Son xəbərlər