20/09/2017 18:50
728 x 90

AFFA qondarma rejimin bayrağına görə Rusiya Futbol İttifaqına etiraz etdi

img

AFFA Rusiya Futbol İttifaqına etirazını bildirib. Trend qurumun saytına istinadən məlumat verir ki, Rusiyanın futbol üzrə II Liqasında keçirilən “Ararat” – “Ryazan” oyunu zamanı “Ararat” komandasının azarkeşləri stadionda Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılan qondarma rejimin bayrağını qaldırıb.

AFFA baş vermiş hadisəni qəti şəkildə pisləyir və Rusiya Futbol İttifaqına müraciət edərək faktla bağlı tədbir görülməsini xahiş edib.

Son xəbərlər