23/11/2017 00:36
728 x 90

"Qarabağ" - "Roma" oyununun biletləri satışa çıxarıldı

img

"Qarabağ" - "Roma" oyununun biletləri bu gündən satışa çıxarılır. Trend-in məlumatına görə, UEFA Çempionlar Liqasında qrup mərhələsinin ilk ev oyununda “Qarabağ”ın qarşılaşacağı “Roma” ilə matçın biletlərini bu gün saat 17:00-dan etibarən satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə etmək olar.

Biletləri əldə edərkən, eləcə də stadiona daxil olarkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Bir şəxsiyyət vəsiqəsi ilə yalnız bir bilet almaq imkanı olacaq.

Qeyd edək ki, “Qarabağ” - “Roma” matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək.

Biletlərin qiymətləri:

VIP – 50 AZN

Kateqoriya 1 – 20 AZN

Kateqoriya 2 – 10 AZN

Kateqoriya 3 – 5 AZN

Kateqoriya 4 – 2 AZN

Şatış məntəqələri:

"Asan xidmət" mərkəzləri, Heydər Əliyev Sarayının kassası, "28 Mall", "Gənclik Mall", "Park Bulvar" (Qarabağ FK Fanshop), M.Rəsulzadə, 3 (Azərb. k/t yaxınlığı), Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı), Üzeyir Hacıbəyov küç., 69x (Hökumət Evinin arxası)

Son xəbərlər