12/12/2017 00:45
728 x 90

Dünya çempionu Azərbaycan bayrağını Türkiyə bayrağından ayırmadı... - VİDEO

img

 Azərbaycanlı atlet, Türkiyə bayrağı altında mübarizə aparan Ramil Quliyev Londonda keçirilən Dünya Atletika Çempionatında qızıl medal qazanıb.

Baki-xeber.com-un Sputnik-ə istinadən xəbərinə görə, Ramil Quliyev Türkiyəyə tarixində ilk dəfə 200 metr qaçış üzrə dünya çempionluğu və qızıl medal qazandırıb. Yarışı qalibiyyətlə başa vuran idmançı Türkiyə bayrağı ilə yanaşı, Azərbaycan bayrağını da götürərək dövrə vurub.

Qeyd edək ki, Ramil Quliyev bu çempionluğa görə 60 min dollar mükafat alacaq. Türkiyə isə Ramil Quliyevə mükafat olaraq 375 cumhuriyyət qızılı verəcək.

Son xəbərlər