20/09/2017 18:46
728 x 90

Yakuboviç “Qarabağ”ın "10 nömrəsi oldu”...

img

Tanınmış rusiyalı teleaparıcı, aktyor və prodüser, Rusiyanın Əməkdar artisti Leonid Yakuboviç Bakıda səfərdədir.

Baki-xeber.com-un “Trend”ə istinadən xəbərinə görə, səfər çərçivəsində Yakuboviç Azərbaycanın “Qarabağ” komandası ilə Gürcüstanın “Smpredia” komandası arasında ötən həftə Tofiq Bəhramov adına Respublika Stadionunda futbol üzrə Çempionlar Liqası çərçivəsində baş tutan oyunu izləyib.

Xəbərə görə, məşhur teleaparıcı Azersun Holdingin “Azərçay” brendinin reklam çəkilişlərində iştirak etmək üçün Bakıya gəlib. Matçı izlədikdən sonra isə “Qarabağ” Futbol Klubunun sponsoru olan Azersun Holdingin nümayəndələri ona komandanın 10 nömrəli maykasını hədiyyə edib.

Dəyərli hədiyyəyə görə təşəkkürünü bildirən Yakuboviç deyib ki, hər dəfə Bakıya öz evinə gəldiyi kimi gəlir. “Bakı mənim ən sevdiyim şəhərlərdən biridir. Məni bu şəhər və Azərbaycanla çox maraqlı xatirələr bağlayır. Mən bu şəhərə hələ Yuli Qusman “KVN”in kapitanı olarkən gəlirdim. Bakıda hər şey fenomenal və çox gözəldir”- deyə o sayta açıqlamasında qeyd edib.

Son xəbərlər