20/09/2017 05:57
728 x 90

Azər­bay­ca­nın po­lis za­bit­lə­ri­nin ha­zır­la­dı­ğı id­man­çı­la­rın qə­lə­bə xə­bə­ri Al­ma­ni­ya və Xor­va­ti­ya­dan gəl­di - FOTO

img

Azər­bay­can­da, hər sa­hə­də ol­du­ğu ki­mi, id­ma­nın in­ki­şa­fı ilə də bağ­lı komp­leks təd­bir­lər gö­rü­lür. Məhz bu­nun nə­ti­cə­si­dir ki, id­man­çı­la­rı­mız Av­ro­pa, dün­ya çem­pio­nat­la­rın­da, Olim­pi­ya və Pa­ra­lim­pi­ya Oyun­la­rın­da yük­sək nə­ti­cə­lər gös­tə­rir. Bu ya­xın­lar­da po­li­sin ye­tir­mə­lə­ri növ­bə­ti də­fə öl­kə­miz­də və xa­ric­də ke­çi­ri­lən ya­rış­lar­da uğur qa­za­na­raq qə­lə­bə ilə Və­tə­nə dö­nüb­lər.

Be­lə ki, iyu­nun 27-29-da Al­ma­ni­ya­nın Dort­mund şə­hə­rin­də sər­bəst gü­ləş üz­rə gənc­lər ara­sın­da Av­ro­pa çem­pio­na­tı ke­çi­ri­lib. Ya­rış­da Azər­bay­can mil­li­si yük­sək nə­ti­cə qa­za­nıb. Öl­kə­mi­zin yığ­ma­sı­nın tər­ki­bin­də təm­sil olu­nan DİN İd­man Cə­miy­yə­ti­nin ye­tir­mə­si Əli Rə­him­za­də çə­ki­si 60 ki­loq­ra­ma­dək olan id­man­çı­la­rın ya­rı­şın­da inam­la çı­xış edə­rək Ru­si­ya, Gür­cüs­tan, Uk­ray­na və Er­mə­nis­tan id­man­çı­la­rı­nı üs­tə­lə­mək­lə qı­zıl me­da­la sa­hib olub.          

Təm­sil­çi­mi­zi bu ya­rı­şa İd­man Cə­miy­yə­ti­nin baş ins­pek­to­ru, po­lis pol­kov­nik-ley­te­nan­tı İl­ham Mus­ta­fa­yev ha­zır­la­yıb.

***

İyu­nun 30-dan iyu­lun 2-dək Xor­va­ti­ya­da gənc­lər ara­sın­da ke­çi­ri­lən ka­ra­te üz­rə dün­ya ku­bo­ku uğ­run­da ya­rış­da öl­kə­mi­zin mil­li ko­man­da­sı uğur­la çı­xış edib. Mil­li­mi­zin tər­ki­bin­də dö­yü­şən DİN İd­man Cə­miy­yə­ti­nin ye­tir­mə­si Mü­se­yib Məm­mə­dov çə­ki­si 55 ki­loq­ra­ma­dək olan id­man­çı­lar ara­sın­da əv­vəl­cə İs­ra­il təm­sil­çi­si­nə 5:0, da­ha son­ra Uk­ray­na id­man­çı­sı­na 9:0, Tür­ki­yə ka­ra­te­çi­si­nə isə 3:1 he­sa­bı ilə qa­lib gə­lib. Ya­rım­fi­nal gö­rü­şün­də Ru­si­ya id­man­çı­sı­na da qa­lib gə­lən M.Məm­mə­dov xal itir­mə­dən fi­na­la çı­xıb. Həl­le­di­ci gö­rüş­də o, dün­ya və Av­ro­pa çem­pio­nu olan İs­pa­ni­ya id­man­çı­sı ilə qar­şı­la­şa­raq gü­müş me­dal qa­za­nıb.

Qeyd edək ki, təm­sil­çi­mi­zi bu ya­rı­şa İd­man Cə­miy­yə­ti­nin şö­bə rəi­si, po­lis pol­kov­nik-ley­te­nan­tı El­nur Hə­sə­nov ha­zır­la­yıb.

***

İyu­nun 29-30-da Sər­həd­çi İd­man Komp­lek­sin­də 23 ya­şa qə­dər olan cü­do­çu­lar ara­sın­da res­pub­li­ka bi­rin­ci­li­yi ke­çi­ri­lib. Bu ya­rış­da da DİN İd­man Cə­miy­yə­ti­nin ye­tir­mə­lə­ri 1-i qı­zıl, 2-si bü­rünc ol­maq­la 3 me­dal qa­za­nıb­lar.

90 ki­loq­ram çə­ki­də olan id­man­çı­lar ara­sın­da bi­rin­ci­li­yə Fi­ru­din Da­da­şov sa­hib­lə­nib. Çə­ki­si 100 ki­loq­ra­ma­dək olan cü­do­çu­lar ara­sın­da ya­rı­şan Vü­sal Hə­sə­nov, qız­la­rın ya­rı­şın­da 63 ki­loq­ram çə­ki­də isə Sə­nu­bər Nə­bi­ye­va bü­rünc me­dal qa­za­nıb­lar.

Zey­ni Hü­sey­nov,
DİN mət­bu­at xid­mə­ti­nin əmək­da­şı

Son xəbərlər