20/09/2017 06:04
728 x 90

Po­lis id­man­çı­la­rı es­ta­fe­ti la­yi­qin­cə da­vam et­di­rir - FOTO

img

Azər­bay­can id­ma­nı­nın in­ki­şa­fın­da və tə­rəq­qi­sin­də Da­xi­li İş­lər Na­zir­li­yi­nin İd­man Cə­miy­yə­ti­nin öz çə­ki­si, öz qə­lə­bə töh­fə­lə­ri var. Öl­kə­mi­zin is­tər so­vet dö­nə­min­də, is­tər­sə də müs­tə­qil­lik il­lə­rin­də əl­də et­di­yi ta­ri­xi qə­lə­bə­lər­də qo­ca­man id­man və sağ­lam­lıq mə­bə­di sa­yı­lan DİN İd­man Cə­miy­yə­ti­nin da­nıl­maz xid­mət­lə­ri olub.

Ötən ilin ən yad­da­qa­lan id­man ha­di­sə­lə­rin­dən söz düş­müş­kən, da­xi­li iş­lər or­qan­la­rı­nın id­man­çı əmək­daş­la­rı­nın yad­da­şın­da uzun müd­dət ya­şa­ya­caq bir təd­bi­ri də xa­tır­lat­maq ye­ri­nə dü­şər. Ma­yın 13-də DİN-in "Xəz­ri" Sağ­lam­lıq-is­ti­ra­hət Mər­kə­zin­də "Di­na­mo" Təş­ki­lat­la­rı­nın Bey­nəl­xalq Ko­or­di­na­si­ya Şu­ra­sı­nın növ­bə­ti ic­la­sı və Azər­bay­can Res­pub­li­ka­sı Da­xi­li İş­lər Na­zir­li­yi­nin İd­man Cə­miy­yə­ti­nin ya­ran­ma­sı­nın 15 il­lik yu­bi­le­yi­nə həsr olun­muş ic­las ke­çi­ri­lib. On­dan çox xa­ri­ci öl­kə nü­ma­yən­də he­yə­ti­nin iş­ti­ra­kı ilə ger­çək­lə­şən bu ic­las­da ye­ni is­ti­qa­mət­lər, və­zi­fə­lər mü­əy­yən­lə­şib.

Təd­bi­rin açı­lış mə­ra­si­min­də çı­xış edən da­xi­li iş­lər na­zi­ri, ge­ne­ral-pol­kov­nik Ra­mil Usu­bov əv­vəl­cə ic­las iş­ti­rak­çı­la­rı­nı  Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti cə­nab İl­ham Əli­ye­vin adın­dan sa­lam­la­yıb, "Di­na­mo" Təş­ki­lat­la­rı­nın Bey­nəl­xalq Ko­or­di­na­si­ya Şu­ra­sı­nın növ­bə­ti ic­la­sı­nın və Azər­bay­can Res­pub­li­ka­sı Da­xi­li İş­lər Na­zir­li­yi­nin İd­man Cə­miy­yə­ti­nin ya­ran­ma­sı­nın 15 il­lik yu­bi­le­yi­nə həsr olun­muş təd­bi­rin - id­man sa­hə­sin­də gə­lə­cək əmək­daş­lı­ğı­mı­zın in­ki­şa­fı­na ye­ni im­kan­lar aç­ma­sı ba­xı­mın­dan bö­yük əhə­miy­yət kəsb et­di­yi­ni,   ümu­mən id­ma­nın - mul­ti­kul­tu­ral pro­ses ola­raq dost­luq, həm­rəy­lik, eti­ka, əda­lət, qar­şı­lıq­lı hör­mət ki­mi bə­şə­ri də­yər­lər ilə səs­lə­şən, on­la­rı təb­liğ et­mək für­sə­ti ve­rən na­dir bir qüv­və, id­man ya­rış­la­rı­nın isə onu təş­kil edən öl­kə­yə öz ta­ri­xi­ni, ənə­nə­lə­ri­ni, ədə­biy­ya­tı­nı, mu­si­qi­si­ni nü­ma­yiş et­dir­mək im­ka­nı ya­ra­dan və ən baş­lı­ca­sı, qlo­bal sül­hə ça­ğı­rış ma­hiy­yə­ti da­şı­yan təd­bir ol­du­ğu­nu bil­di­rib. Na­zir R.Usu­bov nə­zə­rə çat­dı­rıb ki, ya­ran­dı­ğı 1926-cı il 9 mart ta­ri­xin­dən id­ma­nı­mı­zın bay­raq­da­rı­na çev­ri­lən Azər­bay­can Res­pub­li­ka­sı­nın "Di­na­mo" İd­man Cə­miy­yə­ti, 2001-ci il­dən isə Da­xi­li İş­lər Na­zir­li­yi­nin İd­man Cə­miy­yə­ti ad­la­nan bu qu­rum öl­kə­miz­də id­ma­nın in­ki­şa­fı­na bö­yük töh­fə­lər ve­rib, şəx­si he­yə­tin fi­zi­ki ha­zır­lı­ğın­da müs­təs­na rol oy­na­yıb.

Qeyd olun­ma­lı­dır ki, əmək­daş­la­rı­mı­zın dö­yüş ha­zır­lı­ğı­nın yük­səl­dil­mə­si, fi­zi­ki və psi­xo­lo­ji gər­gin­lik­lə bağ­lı olan əmək funk­si­ya­la­rı­nın ic­ra­sın­da dö­züm­lü­yü­nün ar­tı­rıl­ma­sı məq­sə­di­lə bə­dən tər­bi­yə­si­nin və id­ma­nın in­ki­şa­fı üz­rə apa­rı­lan iş­lər ci­na­yət­kar­lı­ğa qar­şı mü­ba­ri­zə­nin, ic­ti­mai asa­yi­şin qo­run­ma­sı­nın pe­şə­kar­lıq­la hə­ya­ta ke­çi­ril­mə­si­nə öz müs­bət tə­si­ri­ni gös­tə­rir. 

Fəa­liy­yə­ti ər­zin­də bu qə­dim id­man və sağ­lam­lıq oca­ğın­da Olim­pi­ya, Dün­ya və Av­ro­pa çem­pi­on­la­rı, mü­ka­fat­çı­la­rı ye­ti­şib. Elə­cə də müs­tə­qil­lik il­lə­rin­də sı­ra­la­rı­mız­da xid­mət edən po­lis id­man­çı­la­rı, həm də İd­man Cə­miy­yə­ti­nin ye­tir­mə­lə­ri həm Olim­pi­ya, həm də qey­ri-olim­pi­ya id­man növ­lə­ri üz­rə yük­sək nə­ti­cə­lər əl­də edib.

Olim­pi­ya, də­fə­lər­lə Dün­ya və Av­ro­pa çem­pio­nu, əmək­dar id­man us­ta­sı Zem­fi­ra Mef­ta­xet­di­no­va­nın rəh­bər­lik et­di­yi DİN İd­man Cə­miy­yə­tin­də id­ma­nın təş­ki­li, tə­lim-məşq­lə­rin yük­sək sə­viy­yə­də apa­rıl­ma­sı, pers­pek­tiv­li id­man­çı­la­rın aş­kar edi­lib on­la­ra xü­su­si diq­qət və qay­ğı gös­tə­ril­mə­si gün­dəm­də olan mə­sə­lə­lər­dir. Bu­ra­da bü­tün yaş ka­te­qo­ri­ya­la­rın­dan olan­la­rın id­man­la məş­ğul ol­ma­sı üçün la­zı­mi şə­ra­it ya­ra­dı­lıb. İd­man böl­mə­lə­ri­nə öl­kə­nin ən yax­şı məşq­çi­lə­ri cəlb olu­nub.    On­lar­dan nü­mu­nə gö­tü­rən gənc nə­sil da­ha çox id­man böl­mə­lə­ri­nə, məşq zal­la­rı­na üz tu­tur, sağ­lam hə­yat tər­zi­ni se­çir­lər. Ya­rış­lar­dan-ya­rış­la­ra pöh­rə­lə­nən, boy atan, qo­lu-bu­da­ğı bər­ki­yən gənc­lik möh­kəm, sağ­lam kök­lər üzə­rin­də bö­yü­yür. On­la­rın ama­lı get­dik­lə­ri öl­kə­lər­də bay­ra­ğı­mı­zı ucalt­maq, him­ni­mi­zi səs­lən­dir­mək, bi­zi dün­ya­ya, dün­ya­nı bi­zə ta­nıt­maq­dır.

İl­ham Ba­ba­yev,
DİN Mət­bu­at Xid­mə­ti­nin şö­bə rəi­si

Son xəbərlər