29/05/2017 20:57
728 x 90

İs­la­mia­da­da bir at­le­tin xaç çe­vir­mə­si - Azər­bay­ca­nın is­lam həm­rəy­li­yi kon­sep­si­ya­sı­nın mən­ti­qi tə­za­hü­rü ki­mi...

"İs­lam Oyun­la­rı­nın qay­da­la­rın­da be­lə bir şərt yox­dur ki, id­man­çı müt­ləq is­lam eti­qad­lı ol­ma­lı­dır"

img

Cey­hun Məm­mə­dov: "Bu sə­bəb­dən də Oyun­la­rın təş­ki­lat­çı­la­rı­na de­yi­lən mə­sə­lə ilə bağ­lı hər han­sı bir irad bil­di­ri­lə bil­məz"

 

Ba­kı­da ke­çi­ri­lən İs­lam Həm­rəy­li­yi Oyun­la­rın­da ka­me­run­lu ağır at­le­ti­ka təm­sil­çi­si per­for­man­sı ilə de­yil, hə­rə­kə­ti ilə diq­qət çə­kib. İd­man­çı 136 kq çə­ki­ni qal­dır­ma­ğa na­il ol­duq­dan son­ra xaç çə­kib. Bu isə so­si­al şə­bə­kə­lər­də tə­əc­cüb­lə qar­şı­la­nıb. Hət­ta id­man­çı­nın bu hə­rə­kə­ti­nə gö­rə ya­rı­şın təş­ki­lat­çı­la­rı­na irad bil­di­rən­lər də ta­pı­lır. On­la­rın ar­qu­ment­lə­ri­nə gö­rə, İs­la­mia­da­da xris­ti­an di­ni­nə aid han­sı­sa ri­tua­lın ic­ra edil­mə­si yol­ve­ril­məz­dir.

Yə­qin ki, bu­nu id­dia edən­lər İs­la­mia­da­nın əsl ma­hiy­yə­tin­dən xə­bər­siz­dir. Çün­ki ya­rı­şın fəl­sə­fə­si bun­dan iba­rət­dir ki, yal­nız mü­səl­man öl­kə­lə­ri­ni təm­sil edən döv­lət­lər iş­ti­rak edə bi­lər. Hə­min ko­man­da­la­rın tər­ki­bin­də­ki id­man­çı­la­rın isə han­sı di­ni inan­ca eti­qad et­mə­si önəm­li de­yil.

İs­la­mia­da­da xaç çək­mə ri­tua­lı­nı ye­ri­nə ye­ti­rən id­man­çı­nın qı­na­nıl­ma­sı doğ­ru­dur­mu?

İd­man eks­per­ti Cey­hun Məm­mə­dov bu­nu doğ­ru say­mır: "İd­man sülh, meh­ri­ban­lıq ya­rat­maq mis­si­ya­sı­nı hə­ya­ta ke­çi­rir. Sağ­lam­lıq­la ya­na­şı, bu amil­lər də ar­tıq id­ma­nın ay­rıl­maz par­ça­sı­na və va­cib at­ri­bu­tu­na çev­ri­lib. İd­man ya­rış­la­rın­da di­ni inanc mə­sə­lə­si­nə heç vaxt önəm ve­ril­mə­yib. Çün­ki bu­ra­da id­man­çı­nın ba­ca­ra­ca­ğı və gös­tər­di­yi nə­ti­cə önəm­li­dir. Hət­ta id­man ya­rış­la­rı­nın qay­da­la­rı­na gö­rə, ta­ma­şa­çı­lar tə­rə­fin­dən di­ni, ir­qi, mil­li ay­rı­seç­ki­li­yə aid şü­ar­lar səs­lən­di­ril­di­yi təq­dir­də, ev sa­hi­bi olan ko­man­da­ya cə­ri­mə­lər kə­si­lir, xə­bər­dar­lıq edi­lir. Ək­si­nə, id­man ya­rış­la­rı­nı ke­çir­mək­lə öl­kə­lər ara­sın­da olan zid­diy­yət­lə­ri bir qə­dər yum­şalt­ma­ğı hə­dəf­lə­yir. Bu­na id­man dip­lo­ma­ti­ya­sı da de­yi­lir. Ək­sər hal­lar­da bu nə­ti­cə də ve­rib. Mə­sə­lən, ta­rix­də be­lə mi­sal­lar çox­dur. Al­ma­ni­ya­nın fut­bol yığ­ma­sı İkin­ci Dün­ya Mü­ha­ri­bə­si dö­nə­min­də mü­ha­ri­bə et­di­yi öl­kə­lər­lə oyun­lar ke­çi­rir­di. Çox vaxt id­ma­nı bu cür zid­diy­yət­lər­dən uzaq sax­la­maq is­tə­yir­lər. İs­la­mia­da­da iş­ti­rak edən hə­min id­man­çı­nın qı­na­ğa çə­kil­mə­si­ni doğ­ru say­mı­ram. İs­lam Oyun­la­rı­nın qay­da­la­rın­da be­lə bir şərt yox­dur ki, id­man­çı müt­ləq is­lam eti­qad­lı ol­ma­lı­dır. Bu­ra­da va­cib şərt öl­kə­nin mü­səl­man stan­dart­la­rı­na ca­vab ver­mə­si­dir. Bu sə­bəb­dən də Oyun­la­rın təş­ki­lat­çı­la­rı­na de­yi­lən mə­sə­lə ilə bağ­lı hər han­sı bir irad bil­di­ri­lə bil­məz. İs­la­mia­da­da ən çox me­dal qa­za­nan öl­kə­lər­dən bi­ri ki­mi öz yığ­ma­mı­zın tər­ki­bi­nə diq­qət edək. Heç də ha­mı­sı azər­bay­can­lı və ya mü­səl­man de­yil. İn­di bu­na gö­rə bi­zi qı­na­ma­lı­dır­lar? Gə­lin id­ma­nı di­ni dö­züm­süz­lük və ya han­sı­sa müs­tə­vi­də olan ay­rı­seç­ki­lik­lə­rə çək­mə­yək. Azər­bay­ca­nın ha­zır­da ev sa­hib­li­yi et­di­yi ya­rış­la­rın ən bö­yük qa­yə­si elə din­lər, mil­lət­lər ara­sın­da sülh, əmi­na­man­lı­ğı təb­liğ et­mə­yə, sağ­lam hə­yat tər­zi­ni aşı­la­ma­ğa he­sab­la­nıb".

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Son xəbərlər