20/09/2017 06:11
728 x 90

Ən az əhalisi olan ölkə də Azərbaycandır, ən çox medal qazanan ölkə də Azərbaycandır

img

IV İslam Həmrəyliyi Oyunlarında idmançılarımızın uğuru Azərbaycanın idman tarixinə qızıl hərflərlə yazılacaq. Trend-in məlumatına görə, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

O, qeyd edib ki, yarışlarda əhalisinin sayı Azərbaycandan çox olan ölkələr təmsil edilirlər: "Ancaq Azərbaycan uğurlarına görə siyahıda öndədir. Bu amil, eləcə də IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın böyük idman ölkəsi olduğunu bir daha sübut edir”.

MOK-un vitse-prezidenti qeyd edib ki, mayın 17-də Azərbaycan idmançıları 9 qızıl medal qazanmaqla ümumi qızıl medalların sayını 50-yə çatdırıb.

Son xəbərlər