17/12/2017 14:10
728 x 90

Bakı - 2017: "Xəzərdən başlayan səyahət" Horadizdə…

img

Xəzər dənizindən start götürən "Bakı 2017" ümumxalq səyahət turu ötən gün Horadizə yetişib. "Bakı - 2017" IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə, Azərbaycanın 15 bölgəsində baş tutacaq bu tur xalqımıza idman bayramı əhval-ruhiyyəsini bəxş etməklə bərabər, eyni zamanda həmrəylik və sevinc hissini də nəsib edəcək.

Bu əlamətdar günlə əlaqədar ötən gün səhər ilk olaraq Araz çayı ətrafında tədbir keçirilib. Araz çayı Türkiyədən başlayır və 1000 kilometrdən artıq məsafəni qət etdikdən sonra Xəzər dənizinə qovuşur.

Su mərasimi rəsm həvəskarı Zenfira Zalova, sərbəst güləş üzrə SSRİ idman ustası, Azərbaycanın fəxri bədən tərbiyəsi və idman işçisi Fərrux Qurbanov və karate üzrə Avropa və Dünya Çempionatının qızıl medal mükafatçısı İsrail Əsgərov tərəfindən çaydan səhəngə su doldurulması ilə nümayiş etdirilib.

Sonra Su səhəngi axşam keçirilən Su festivalında təqdim edilib.

Bakıdan səyahətə başlayan səhəng mayın 12-də "Bakı - 2017" IV İslam Həmrəyliyi Oyunlarının Bakı Olimpiya Stadionunda baş tutacaq açılış mərasiminin bir hissəsi olacaq.

Qeyd edək ki, "Bakı - 2017" İslam Həmrəyliyi Oyunları 12-22 may tarixlərində Azərbaycanda keçiriləcək İslam dünyasını birləşdirən maraqlı, multi-idman tədbiridir. Müsəlman ölkələrindən gələn idmançılar yarışın 10 günü ərzində öz ölkələrini 20 müxtəlif idman növü üzrə 23 kateqoriyada (Atletika və Para Atletika, Su idmanı növləri - Suya tullanma, Su idmanı növləri- Üzgüçülük, Su idmanı növləri - Vaterpolo, 3x3 Basketbol, Futbol, İdman gimnastikası, Bədii gimnastika, Uşu, Stolüstü Tennis, Həndbol, Cüdo və görmə qabiliyyəti olmayanlar üçün Cüdo, Yunan-Roma güləşi, Sərbəst güləş, Atıcılıq, Tennis, Voleybol, Boks, Zorxana, Karate, Taekvondo, Ağır atletika) Bakıda yerləşən 16 müasir yarış meydanlarında təmsil edəcəklər. Azərbaycanın paytaxtı Bakı şəhəri 2013-cü ilin iyulunda Ciddədə İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) Baş Assambleyasında Oyunların ev sahibliyinə layiq görülüb.

Son xəbərlər