17/10/2017 10:00
728 x 90

Futbol üzrə DÇ-2026 eyni vaxtda 3-4 ölkədə keçirilə bilər

img

2026-cı ildə futbol üzrə dünya çempionatı eyni vaxtda 3-4 ölkədə keçirilə bilər. Trend-in məlumatina görə, bunu FIFA-nın prezidenti Canni İnfantino deyib.

O qeyd edib ki, bu, FIFA-nın irs proqramına tamamilə uyğundur: "Rahatlıq və yerləşdirmə üçün həmin ölkələr bir-birinə yaxın olmalıdırlar".

C.İnfantino bildirib ki, gələcəkdə hər hansı ölkənin maliyyə vəsaiti sərf edərək arena tikməsi və turnirdən sonra ondan istifadə etməməsi hallarından qaçmaq lazımdır.

Xatırladaq ki, FIFA Şurası yanvarın 10-da dünya çempionatının formatının 2026-cı ildən 32-dən 48 komandayadək genişləndirilməsi barədə qərar qəbul edib.

Son xəbərlər