17/10/2017 09:59
728 x 90

Teves dünyanın ən çox maaş alan futbolçusu oldu

img

Argentinalı hücumçu Karlos Teves rəsmi Çinin "Şanxay Şenxua" klubuna keçdi. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, Teves yeni klubunda həftəsinə 615 min avro (təxminən 1.2 milyon manat) alacaq və bu onu dünyanın ən yüksək odənişli futbolçusu edəcək. Hal hazırda ən yüksək odənişli futbolçu İspaniyanın "Real Madrid" klubunun hücumçusu Kriştianu Ronaldudu.

Cari mövsümdə Teves Argentina çempionatında 10 oyun keçirib. Bu 10 oyunda o, 4 qol vurub və 6 asist edib. Öz karyerası ərzində Karlos Teves Braziliyanın "Korintians", İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Vest Hem" və İtaliyanın "Yuventus" klublarında çıxış edib. Milli heyətdə Teves 76 oyun keçirib və 13 qol vurub.

Son xəbərlər