18/10/2017 20:33
728 x 90

İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri plan üzrə gedir

img

2017-ci ildə Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri plana uyğun olaraq aparılır. Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov 2016-cı ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Nazir bildirib ki, Əməliyyat Şirkəti tam formalaşıb, bütün mütəxəssislər dəvət olunub: “60-a yaxın xaricdən dəvət olunmuş mütəxəssis hazırlıq prosesində iştirak edir, ancaq mütəxəssislərin çoxu yerli mütəxəssislərdir”.

A.Rəhimov bildirib ki, Oyunların keçirilməsi ilə bağlı planlaşdırma işləri artıq tamamlanıb: “İşlərin icrasına keçilib. Əsas məsələlər nəqliyyat, idman qurğularının ətrafında olan xüsusi hasarların quraşdırılmasıdır. Açılış və bağlanış mərasimləri ilə də bağlı işlər aparılır, o cümlədən mədəniyyət proqramları da hazırlanır ki, xaricdən gələn idmançıları Azərbaycan mədəniyyəti ilə tanış edək. Oyunlara hazırlıq işlərində heç bir gecikmə yoxdur və vaxtında İslam Həmrəyliyi Oyunlarına hazır olacağıq. Bu yarışlar yüksək səviyyədə keçiriləcək”.

Nazir əlavə edib ki, Oyunlarda 57 ölkə artıq öz iştirakını təsdiq edib.

Son xəbərlər