18/08/2017 09:00
728 x 90

Noyer dünyanın ən yaxşısı oldu

img

“Bavariya”nın qapıçısı Manuel Noyer (Manuel Neuer) 2016-cı ilin ən yaxşı qapıçısı seçilib. Bunu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının keçirdiyi sorğunun nəticələri göstərir.

30 yaşlı Noyer 56 ölkədən olan jurnalistlər və idman mütəxəssislərinin qatıldığı sorğuda 156 xal toplayaraq ardıcıl dördüncü dəfə hamını qabaqlayıb.

İtaliya millisi və “Yuventus”un qapıçısı Canluici Buffon isə 91 xalla ikinci olub.

Portuqaliya yığması və “Sportinq”in qapıçısı Rui Patrisio isə 50 xalla üçüncü olub.

Son xəbərlər