18/08/2017 09:04
728 x 90

FİFA dünya çempionatının Rusiya və Qətərdən alınmasına qarşı çıxdı

img

“Bütün dünyada olduğu kimi, Rusiya və Qətərdə də futbolu sevən insanlar yaşayır”. Apasport.az saytının məlumatına görə, bu sözləri FİFA prezidenti Canni İnfantino deyib.

O bildirib ki, DÇ-2018-in Rusiya, DÇ-2022-nin Qətərdən alınmasının əleyhinədi. Ümumdünya Antidopinq Agentliyinin (WADA) rəhbəri Riçard Maklarenin qarşıdakı mundialı boykota çağırması ilə razılaşmayan İnfantino bunu çıxış yolu saymadığını qeyd edib: “Yarışların keçirmək hüququndan məhrum etmək və boykot heç vaxt çıxış yolu olmayıb. Əgər problemlər varsa, onları həll etmək, müzakirələr aparmaq lazımdı. Biz irəli doğru getməliyik”.

Qeyd edək ki, Rusiyadakı dünya çempionatı 2018-ci il iyunun 14-dən iyulun 15-dək keçiriləcək.

Son xəbərlər