23/06/2017 03:58
728 x 90

İspaniya mətbuatı Formual-1 Azərbaycan Qran-prisindən yazdı

img

İspaniyanın Formula-1 idmanı üzrə ixtisaslaşmış www.laf1.es portalında “Bakı yarışın adının Azərbaycan Qran-prisinə dəyişdirilməsini izah edir” sərlövhəli məqalə dərc olunub.

Məqalədə deyilir ki, 2016-cı ildə ilk dəfə Formula-1 yarışına ev sahibliyi edən Bakıdakı idman mübarizəsi “Avropa Qran-prisi” adı altında keçirildi. Gələn il isə bu yarışın adı Formula-1 Azərbaycan Qran-prisi olacaq.

Məqalədə “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimova istinadla bildirilir ki, “Avropa Qran-prisi” adı ölkəmizin Avropanın bir hissəsi olmasını təbliğ etmək məqsədi güdürdü. İndi isə artıq yarışların adının “Azərbaycan Qran-prisi” kimi dəyişdirilməsinin vaxtıdır.

Son xəbərlər