18/03/2019 18:39
728 x 90

3 yaşa qədər uşaqlara verilən müavinətin artırılması gündəmdə...

img

Prezident İlham Əliyev 3 yaşa qədər uşaqlara verilən müavinətin artırılması məsələsinə baxılmasını tapşırıb.

Baki-xeber.com-un xəbərinə görə, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin martın 12-də keçirilən iclasında komitə sədri Hadi Rəcəbli deyib. O bildirib ki, bura minimum əməkhaqqının, əmək pensiyasının, müavinətlərin, tələbə təqaüdlərinin artırılması kimi mühüm addımlar daxildir: “Bu islahatlar xalq tərəfindən yüksək qiymətləndirilir. Prezident İlham Əliyev tapşırıq verib ki, 3 yaşa qədər uşaqlara verilən müavinətin artırılması məsələsinə baxılsın. Bəzi hallarda bununla bağlı məsələlər mətbuatda fərqli təqdim olunur. Bu düzgün deyil. Hamı bilməlidir ki, sosial məsələlər dövlətin diqqət mərkəzindədir”.

Son xəbərlər