18/03/2019 18:37
728 x 90

Ermənilər 102-ci bazanı cıxara bilmədilər, rus əsgərlərini bıçaqlamağa başlayıblar

Fikrət Sadıqov: “Sıravi ermənilər bu cür cinayətlərə əl atmaqla istəyirlər ki, Rusiya hərbiçilərinin Ermənistandan çıxarılması tezləşsin”

img

“Ancaq Kreml buna getməyəcək”

Martın 8-də Gümrü şəhərində bir gecə klubunda bir rus əsgəri bıçaqlanıb. Erməni mətbuatının yazdığına görə, Gümrüdəki 102-ci rus hərbi bazasının hərbi qulluqçusu mübahisə zamanı yaralanaraq xəstəxanaya yerləşdirlib. Belə ki, Gümrü tibb mərkəzinə sağ döş nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə bir nəfər daxil olub. Hüquq-mühafizə orqanları tərəfindən aparılan ilkin araşdırma zamanı məlum olub ki, yaralı Rusiya Federasiyasının vətəndaşı, 22 yaşlı Racan Vajimirovdur. Həkimlərin məlumatına görə, əməliyyat otağında olan xəstə baş verənlər barədə ifadə vermək durumunda olmayıb. Sözügedən əsgər əməliyyat edilib, vəziyyətinin artıq qənaətbəxş olduğu deyilir. Əldə edilən məlumata əsasən, yaralı Vajimirov Gümrüdə dislokasiya olunan rus hərbi bazasında xidmət edir. Baş verən hadisə ilə əlaqədar cinayət işi açılıb. Qeyd edək ki, son illər Ermənistanda Rusiya hərbiçilərinə münasibət pisləşməkdədir. 2015-ci ildə Rusiyanın Ermənistandakı bazasının hərbi qulluqçusu Valeri Permyakov tərəfindən Gümrü şəhərində 6 nəfərdən ibarət ailənin amansızcasına qətlə yetirilməsindən sonra oradaki rus hərbiçilərinə münasibət daha da pisləşib. Düzdür, ondan əvvəl də Rusiya hərbiçilərinə münasibət yaxşı olmayıb, amma məlum hadisədən sonra bu daha qabarıq formada özünü göstərib. Rus hərbçilərinin ölkədən çıxarılması ilə bağlı 102-ci baza və İrəvandakı Rusiya səfirliyi qarşısında bir neçə dəfə etiraz aksiyası keçirilib. Ötən ilin aprelində Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra bu cür tələblər daha çox səslənməyə başlayıb. Ancaq görünən odur ki, Ermənistanda nə əvvəlki, nə də indiki hakimiyyət Rusiya hərbiçilərini ölkədən çıxarmaqla bağlı siyasi iradəyə malikdir. Daha doğrusu, buna cəsarət etmək iqtidarında deyillər. Nəticədə buna nail ola bilməyən ermənilər rus hərbçilərini bıçaqlamağa başlayıb. Bu yolla öz nifrətlərini ifadə edirlər.

Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, rus hərbçilərinə yönəlik bu cür cinayətlər təsadüfü deyil: “Bütün bunlar həm də bir vaxtlar Paşinyanın səsləndirdiyi bəyanatlardan qaynaqlanır. Çünki o əvvəllər dəfələrlə anti-Rusiya bəyanatları ilə çıxış edib. Hətta hakimiyyətə gələndən sonra da Rusiya ilə Qərb arasında “çabalama” siyasətini davam etdirib. Təsadüfü deyil ki, bu gün Ermənistanla Rusiya arasında münasibətlərdə müəyyən gərginlik var. Hətta Ermənistana görə KTMT-nin baş katibi indiyə qədər seçilə bilmir. Putinin dostu Robert Köçəryan həbsdədir. Digər tərəfdən, Paşinyan Brüsseldə səfərdə olarkən qərbyönümlü bəyanatlar verdi. Təbii ki, belə olan halda ölkədə belə bir rəy yaranır ki, bundan sonra Ermənistan Qərbə yönəlik siyasət aparacaq. Nəticədə sıravi ermənilər bu cür cinayətlərə əl atmaqla istəyirlər ki, Rusiya hərbiçilərinin Ermənistandan çıxarılması tezləşsin. Ancaq hesab edirəm ki, bu kimi metodlarla Rusiya bazalarını Ermənistandan çıxarmaq mümkün olmayacaq. Kreml buna getməyəcək. Çünki əsrlər boyu Rusiya Ermənistandan istifadə edib və bu ölkə forpost olub. Rusiyanın Ermənistanı təzyiq altında saxlamağa müxtəlif rıçaqları var. Ona görə də rus hərbiçilərinə qarşı kriminal zəmində törədilən cinayətlər nəyisə dəyişə bilməyəcək. Hesab edirəm ki, bundan sonra də bənzər hadisələr baş verə bilər”.

Vidadi ORDAHALLI

Son xəbərlər