18/03/2019 18:41
728 x 90

Amerika yəhudiləri ermənilərin Azərbaycanda törətdiyi genosid hadisələrinə maraq göstərdilər

Qasım Hacıyev:“İcma nümayəndələri gedib ABŞ-da deyəcəklər ki, erməni qaniçənlərinin, şovinstlərinin etnik təmizləmə siyasəti nəticəsində Quba əhalisinə qarşı soyqırım aktı törədilib və burada yəhudilər də kütləvi qırğına məruz qalıb”

img

“ABŞ-ın yəhudi və yevangelist xristian icmasının üzvlərinin Quba Soyqırımı Memorial Kompleksində hər şeyi gözləri ilə görməsi ermənilərin törətdiyi soyqırım aktlarının beynəlxalq aləmdə təbliğində mühüm rol oynayacaq”

“Qubada azərbaycanlılarla yanaşı yəhudilər də ermənilər tərəfindən kütləvi qətlə yetirilib”

 

Ermənilər XX əsrin əvvəllərində yalnız Azərbaycan türklərini deyil, eləcə də ölkəmizdə yaşayan digər xalqları da soyqırıma məruz qoyub. Erməni şovinstlərinin Qubada törətdiyi silsilə qətlimlar nəticəsində burada yaşayan azərbayanlılarla yanaşı yəhudilər də həlak olub. Son illərdə Qubada aşkarlanan kütləvi məzarlıqda aparılan tədqiqatlar zamanı məlum oldu ki, erməni silahlı dəstələrinin törətdiyi bu qətliamlarda həyatını itirənlər sırasında yəhudilər də az deyil.

Məlum olduğu kimi, Qoba soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdiriləməsi üçün burada Heydər Əliyev Fondunun dəstəyilə yaradılan Quba Soyqırımı Memorial Kompleksinin 2013-cü il sentyabrın 18-də açılışı olub. Həmin tarixdən indiyə qədər ölkəmizə gələn müxtəlif xarici ölkə nümayəndələri sözügedən kompleksi ziyarət edirlər. Onlar burada sözün həqiqi mənasında erməni vandalizminin şahidi olurlar.

Bildirək ki, Azərbaycana səfər edən ABŞ-ın yəhudi və yevangelist xristian icmasının üzvlərindən ibarət nümayəndə heyəti də Qubada olub və Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib.

Yeri gəlmişkən qeyd edək ki, ABŞ-ın “Etnik Anlaşma Fondu”nun yaradıcısı və rəhbəri, ravvin Mark Şnayerin və “İqls Vinqs” yevangelik təşkilatının icraçı direktoru, yepiskop Robert Störnsün rəhbərlik etdiyi nümayəndə heyəti Qubada erməni vəhşiliklərindən “yadigar” qalan bu Kompleksi ziyarət edərkən burada  XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında məlumatlarla tanış olublar. Onlara burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdiyi soyqırımı aktları barədə məlumat təqdim edilib.  Onlara məlumat verilib ki, 2007-ci ildə aşkarlanan məzarlıqda aparılan tədiqiqatlar zamanı bu məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev baki-xeber.com-a bildirdi ki, ABŞ-ın yəhudi və yevangelist xristian icmasının üzvlərindən ibarət nümayəndə heyətinin Quba Soyqırımı Memorial Kompleksini ziyarət etməsi çox mühüm hadisədir. Q.Hacıyevin sözlərinə görə, bu səfərin ən böyük önəmi odur ki, yəhudi icması ermənilərin törətdiyi Quba soyqırımı hadisəsini dünyaya erməni vandalizminin bir örnəyi olaraq təqdim edəcək.

Q.Hacıyevin qeyd etdiyinə görə, bir neçə il əvvəl də Amerika Birləşmiş Ştatlarından bura yəhudi icmasının nümayəndələri gəlib. ABŞ-dan gələn nümayəndə heyəti o vaxt da Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət etmişdi. “Amerikanın yəhudi icmasının Azərbaycana gəlməsi və onların səfər çərçivəsində Quba Soyqırımı Memorial Kompleksini ziyarət etməsi, buradakı məzarlıqla tanış olması çox mühüm hadisədir. Çünki o vaxt ermənilərin həyata keçirdiyi soyqırım aktlarının nümunələrindən biri olan kütləvi məzarlıq aşkar edildikdə biz onunla bağlı film çəkdik, çoxlu sayda yazılar yazdıq. Məqsədimiz o idi ki, xarici ölkələrdəki yəhudi icmaları da burada, azərbaycanlılarla yanaşı, yəhudilərin də erməni vandalları tərindən qətlə yetirildiyini bilsinlər. Onlar əvvəllər bu barədə üstüötrülü danışırdılar, sonra isə açıq şəkildə dedilər ki, Qubada azərbaycanlılarla yanaşı yəhudilər də ermənilər tərəfindən kütləvi qətlə yetirilib. Bu gün ABŞ-ın yəhudi və yevangelist xristian icmasının üzvlərinin Quba Soyqırımı Memorial Kompleksində hər şeyi gözləri ilə görməsi ermənilərin törətdiyi soyqırım aktlarının beynəlxalq aləmdə təbliğində mühüm rol oynayacaq. Çünki icma nümayəndələri gedib ABŞ-da deyəcəklər ki, erməni qaniçənlərinin, şovinstlərinin etnik təmizləmə siyasəti nəticəsində Quba əhalisinə qarşı soyqırım aktı törədilib və burada yəhudilər də kütləvi qırğına məruz qalıb. Onların həm kompleksin, həm də məzarlığın timsalında erməni vəhşiliyini görməsi, bu barədə tarixi faktlar əldə etməsi təbliğat üçün çox mühüm vasitədir. Bu qətlimalar erməni sifətini, erməni xislətini aşkar şəkildə göstərir”.

 ABŞ-ın Kaliforniya ştatında yaşayan əhalinin çox böyük hissəsini yəhudilər təşkil etdiyini vurğulayan Q.Hacıyev bildirdi ki, ABŞ-da yəhudilərin çox böyük nüfuzu var, onlar öz nüfuzlarından istifadə edərək bu istiqamətdə güclü təbliğat işi apara bilərlər.

İradə SARIYEVA    

Son xəbərlər