18/03/2019 18:42
728 x 90

İsmayıl Qacar: Marneuliyə “sekta üzvü” və kriminal avtoritetin bacısı oğıunu mer gətirmək istəyirlər

img

“Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Marneuli bələdiyyəsində bu ilin may ayında növbədənkənar mer seçkisi keçiriləcək. Biz Borçalıdan kənarda yaşasaq da, orada baş verən siyasi proseslərdən kənar deyilik. Ordakı bəzi “siyasi dəllalar” anlasınlar ki, Gürcüstan kənardan aydın görünür. Biz xalqa qarşı hazırlanan təxribatlara göz yuma bilmərik”.

Bu sözləri mətbuata Beynəlxalq Borçalı Strateji Araşdırmalar Mərkəzinin (Varşava, Polşa) sədri İsmayıl Qacar deyib. İsmayıl Qacarın sözlərinə görə, Marneulidə bir neçə istiqamətdə ciddi təxribatlar hazırlanır:”Bu təxribatlar yaxın gələcəkdə Gürcüstan dövlətinə qarşı azərbaycanlı əhalisinin “idarəolunan” separatçı meyllərinin baş qaldırmasına səbəb olacaq. Bunların hamısı korrupsiyanın, rüşvətxorluğun, səriştəsiz kadr siyasətinin nəticələridir. Rəsmi Tiflisi yerli məmurlar və iqtidar partiyası olan “Gürcü Arzusu”nun deputatları, Kvemo-Kartli (Borçalı) qubernatorunun müavinləri aldadır. Hökümətə və “Gürcü Arzusu” siyasi partiyasının mərkəzi apartına yanlış, dezinformasiya xarakterli hesabatlar verilir.

Marneulinin eks-meri Teymur Abazov 2018-ci ildə həbs edildikdən sonra 2019-cu ilin may ayında növbədənkənar mer seçkisi keçiriləcək. Bu seçki öncəsi ciddi “siyasi alver” başlayıb. Marneulidə fəaliyyət göstərən siyasi klan Marneuli meri postuna nəzarəti ələ keçirməyə çalışır. Hazırkı tarixə Marneuli meri postuna iqtidar partiyası olan “Gürcü Arzusu”ndan, həmçinin siyasi müxalifətdən hər hansı sanballı namizəd yoxdur. Marneulidəki siyasi klan mer postuna hazırda Kvemo-Kartlinin vitse-qubernatoru vəzifəsini tutan, əslən Marneulidən olan kriminal avtoritet “Cabo”nun bacısı oğlu Zaur Darğallını gətirməyi planlayıb. Hazırlanmış plana görə, Zaur Darğallı iqtidar partiyası “Gürcü Arzusu”ndan mer postuna namizəd göstəriləcək və administrativ resursdan istifadə edilərək mer seçiləcək. Bu plan bir neçə şəxsin arzusuna uyğun olaraq tərtib edilib və “Gürcü Arzusu” partiyasının mərkəzi aparatına, həmçinin Bidzina İvanişviliyə dezinformasiya ötürülüb. Rəsmi Tiflisə verilən hesabatda qeyd olunub ki, “guya Zaur Darğallını xalq sevir və seçkidə iqtidar partiyasının namizədi kimi qələbə çalacaq”.

Zaur Darğallı barəsində ictimayyətdə, həmçinin Azərbaycanda müfəssəl məlumat yoxdur. 2017-ci ildə Zaur Darğallı Kvemo-Kartli vitse-qubernatoru təyin ediləndə Azərbaycan mətbuatında bu fərəhlə qeyd edildi. Amma əsas məlumatlardan siyasi elita xəbərsizdi. Qeyri rəsmi olaraq belə bir məlumat var ki, Zaur Darğallı, birincisi, müsəlman deyil. Müsəman olmadığı barədə Zaur Darğallının özü dəfələrlə deyib ki, guya ateisdir. Marneulidəki bəzi mənbələr isə bildirir ki, bu şəxs hələ gənc yaşlarından “Yeqova Şahidləri” dini sektasının aparıcı üzvlərindən biridir və Borçalıda anti-müsəlman, həmçinin Gürcü Pravoslav Kilsəsinə qarşı fəaliyyətlərdən çəkinməyib. Geyri-rəsmi məlumata görə, məhz Zaur Darğallının fəaliyyəti nəticəsində onlarla müsəlman azərbaycanlı və pravoslav gürcü, “Yeqova Şahidləri” dini sektasına cəlb edilib. Bu məlumatın düzgün olmadığını tam təsdiqləmək üçün bir yol var, o da bu Zaur Darğallının məcsidə gedib müqəddəs kitabımız “ Quranı Kərimə” and içməyi və mehrab qarşısında əmin etməyidir ki, o müsəlmandır və heç bir sektaya daxil deyil.

Mən şəxsən bu barədə artıq Gürcüstan Katolikos-Patriarxı İkinci İliyanın dəftərxanasına rəsmi məlumat göndərəcəm. Gürcü Pravoslav Kilsəsi  qeyri-ənənəvi dini sektalarla və Zaur Darğalı haqqındakı bu şübhə dolu məlumatla ciddi şəkildə məşğul olmaıdır.

Digər tərəfdən, Zaur Darğallı 2013-cü ildə həbs edilmiş, hazırda həbsxanada olan “Cabo” ləqəbli kriminal avtoritet Cabir Əhmədovun bacısı oğludur. Gürcüstan daxili işlər naziri Giorgi Qaxaria bu məsələyə bir açıqlama verməlidir. “Oğru dünyasına” bağlı Cabir Əhmədovun bacısı oğlu Kvemo-Kartli qubernatorunun müavini vəzifəsini necə tutur? Zaur Darğallının telefon danışıqları və görüşləri  barədə məlumat Daxili İşlər Nazirliyində araşdırılmalıdır. Çunki bu şəxs “oğru dünyası” ilə ciddi əlaqələrə malikdir. Kriminal aləmlə bağlı şəxsin Kvemo-Kartli qubernatoru vəzifəsini tutmağa və yaxud Marneuli meri “seçilməsinə” azacıq haqqı belə yoxdur”. 

Qeyd edək ki, İsmayıl Qacarın bu fikirləri Daşqın Gülməmmədovun sosial şəbəkədəki səhifəsində paylaşılıb.

Baki-xeber.com

Son xəbərlər