18/03/2019 18:42
728 x 90

Paşinyanı “Sehrli çubuğu” da tərk etdi?

img

 Artıq “Sehrli çubuğu” da Paşinyanı birdəfəlik tərk edib.

Bu sözləri özünün facebook səhifəsində Respublika partiyasının mətbuat sözçüsü Eduard Şarmazanov yazıb. Bir neçə gün sonra Paşinyanın Baş nazir kürsüsünə oturmasının 10 ayının tamam olduğunu bildirən Şarmazanov yazır ki, bu müddət ərzində onun ölkəyə vəd etdiyi inkişafdan heç bir əsər yoxdu. Partiya sözçüsü bildirir ki, 10 ay öncə Paşinyan ölkədə “sıçrayışlı inkişaf, yoxsulluğun azaldılması, yeni iş yerlərinin yaradılması, siyasi vendettasız hakimiyyət” kimi cəlbedici vədlər verirdi, amma ötən müddət ərzində bu istiqamətlərin heç birində nəinki irəliləyiş, heç yerindən tərpənmə belə gözə dəymir.

Şarmazanov sarkastik formada yazır ki, bütün bu vədləri Nikol Paşinyan “sehrli çubuğun” köməyilə həll edəcəkdi, amma görünür, bu “çubuq” da onu tərk edib. Belə ki, ölkə “sıçrayışlı inkişaf” əvəzinə can verən iqtisadiyyatla üzləşib, maaşların əvəzinə işsizlərin sayı artır, vəd olunan investisiya bumu əvəzinə isə qoyulan sərmayələrin geri axını müşahidə olunur.

Bu sadalananların vəd edilənlərin kiçik bir hissəsi olduğunu yazan partiya sözçüsü deyir ki, vədlərlə insanları qidalandırmaq olmaz, Paşinyan isə xalqa çörək vermək iqtidarında deyil.

Bu halda yaranan “o zaman niyə iqtidardadır” sualının cavabını isə, yəqin, inqilabların məşhur düsturunda axtarmaq lazımdır...

SAMİRƏ

Son xəbərlər